Modern.az

İranlı rəssamdan Qurana qarşı iyrənc hərəkət - VİDEO

İranlı rəssamdan Qurana qarşı iyrənc hərəkət - VİDEO

Dünya

7 Avqust 2023, 11:59

Danimarkanın paytaxtı Kopenhagendə müqəddəs Qurani-Kərimə qarşı növbəti dəfə təxribat törədilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, iranlı rəssam Firuzə Bəzrəfkən ölkəsinin Danimarkadakı səfirliyi qarşısında Quran kitabını parçalayıb və daha sonra parçaları rəndədən keçirib.

 

Bəzrəfkən aksiya zamanı "Qadın", "Həyat" və "Azadlıq" şüarları səsləndirib.

 

Onun sözlərinə görə, məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz etmək və qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub. 

 

Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu