Modern.az

Türkiyəyə 2 kiloqram qızıl aparmaq istəyən erməni tutuldu

Türkiyəyə 2 kiloqram qızıl aparmaq istəyən erməni tutuldu

Dünya

7 Avqust 2023, 12:43

Moskvanın Vnukovo hava limanında 2 kiloqram ağırlığında qızıl zənciri Türkiyəyə aparmaq istəyən erməni saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

 

Bildirilir ki, 32 yaşlı kişi hava limanında özünü şübhəli aparıb, hava şəraitinə uyğun geyinməyib. Axtarışlar zamanı şəxsin boynundan asılı vəziyyətdə qızıl zəncir aşkarlanıb.

 

Malın cəmi 50 min rubl olduğunu iddia edən qaçaqmalçıdan 9 milyon rubl dəyərində qızıl götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı