Modern.az

Rusiya daha bir şəhəri bombaladı - 5 ölü, 31 yaralı

Rusiya daha bir şəhəri bombaladı - 5 ölü, 31 yaralı

Dünya

7 Avqust 2023, 23:51

Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Zərbələrdən biri "Drujba” hotelinə deyib. Ümumilikdə 5 nəfər həlak olub, 31 nəfər yaralanıb.

 

“Xəsarət alanların sayı 31-ə çatıb. Onlardan 19-u polis, 5-i Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və 1-i uşaqdır", - nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Pokrovsk Donetsk vilayətində, cəbhə xəttindən təxminən qırx kilometr aralıda yerləşir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu