Modern.az

Ukrayna üçün yeni hərbi yardım - 200 milyon dollar

Ukrayna üçün yeni hərbi yardım - 200 milyon dollar

Dünya

8 Avqust 2023, 08:12

ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

 

Hərbi yardım paketinin həcmi 200 milyon dollardır.

 

Məlumata görə, yeni paketə AT-4, TOW və "Javelin" tank əleyhinə raket kompleksləri, minalardan təmizləmə avadanlıqları, “Patriot” zenit-raket kompleksləri üçün döyüş sursatları, GMLRS idarə olunan raketləri, digər döyüş sursatları və atıcı silahlar daxildir.

 

Silah və texnika Pentaqonun ehtiyatlarından köçürüləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı