Modern.az

Rusiya Donetski “İsgəndər”lə vurdu – 7 ölü, 67 yaralı 

Rusiya Donetski “İsgəndər”lə vurdu – 7 ölü, 67 yaralı 

Dünya

8 Avqust 2023, 09:41

Rusiya ordusunun Ukraynanın Pokrovsk şəhərinə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb, 67 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.

 

Ölənlərdən beşi mülki şəxs, biri Donetsk vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı, biri isə hərbçidir. Yaralılardan 2-si azyaşlıdır.

 

Kirilenko bildirib ki, ötən gecə rus qoşunları Pokrovsk şəhərinin mərkəzinə iki zərbə endirib. Hücum saat 19:15 və 19:52-də "İsgəndər" raketləri ilə edilib.

 

Səlahiyyətlilərin dediyinə görə, atəş nəticəsində hündürmərtəbəli binalar, fərdi yaşayış binaları, kafe və hotelə ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu