Modern.az

Əlverişsiz hava 1 milyon nəfəri işıqsız qoydu

Əlverişsiz hava 1 milyon nəfəri işıqsız qoydu

Dünya

8 Avqust 2023, 10:07

ABŞ-ın şərqində əlverişsiz hava şəraiti bir sıra problemlər yaradıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, güclü tufan səbəbindən Nyu-York, Pensilvaniya, Qərbi Virciniya, Virciniya, Şimali Karolina, Corciya ştatlarında 1 milyondan çox insan işıqsız qalıb.


Ölkənin şərqindəki hökumət idarələri pis hava şəraitinə görə bağlanıb. Nyu-York, Vaşinqton, Filadelfiya, Atlanta və Baltimordakı hava limanlarında uçuşlar dayandırılıb.

 

Corciya ştatında isə ildırım vurması nəticəsində bir nəfər ölüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu