Modern.az

Rusiyada hərbi məzmunlu videolarla bağlı yeni QADAĞA

Rusiyada hərbi məzmunlu videolarla bağlı yeni QADAĞA

Dünya

16 Avqust 2023, 16:14

Rusiyada bir qrup senator atəşə tutulan yerlərin, pilotsuz təyyarələrin hücumlarının və digər hərbi məlumatların foto və videolarının mediada və internetdə yayılmasını qadağan edən qanun layihəsi hazırlayıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas məlumat verib.

 

İstisna Müdafiə Nazirliyinin rəsmi təqdim etdiyi materiallar olacaq. Qadağan edilməsi təklif olunur:

 

1. Rusiya Federasiyasının silahlı qüvvələrinin yerləşdirilməsi və dislokasiyası haqqında;

2. hərbi infrastruktur haqqında;

3. onların yerini müəyyən etməyə, məhvolma faktını müəyyən etməyə, dəymiş ziyanın xarakterini qiymətləndirməyə imkan verən kritik əhəmiyyətli obyektlər üzrə;

4. Rusiya ərazisində mərmi atıldığı və ya vurulduğu yer haqqında;

5. silahların, hava hücumundan müdafiə sistemlərinin, dronların və onların növünü, yerini, buraxılış və ya uçuş yolunu müəyyən etməyə imkan verən digər xüsusi silahların istifadəsi üzrə.

 

Qanunu pozanları 500 min rubla qədər cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu