Şimali Koreya ABŞ əsgərinin "ordudakı irqçiliyə görə" bu ölkəyə qaçdığını və sığınacaq istədiyini elan edib.
Modern.az BBC-yə istinadən xatırladır ki, 23 yaşlı ABŞ əsgəri iyulun 18-də hərbisizləşdirilmiş zonada ekskursiyaya qoşularaq Cənubi Koreya sərhədini keçib.
Pentaqonun sözçüsü bildirib ki, hələlik yalnız Şimali Koreya xəbər agentliyinin dərc olunmuş xəbərdə yer alan bu məlumatın həqiqiliyini yoxlamaq mümkün deyil.
Bildirilib ki, prioritet əsir düşən hərbçinin vətənə qayıtmasıdır və bunun üçün bütün mümkün vasitələrdən istifadə olunacaq. Sərhədi keçdikdən sonra əsgərin taleyi barədə heç nə məlum deyil.