Modern.az

İran istehsalı olan 15 dron məhv edildi 

İran istehsalı olan 15 dron məhv edildi 

Dünya

19 Avqust 2023, 12:20

Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

“Bu gecə Rusiya Federasiyası İran istehsalı "Şahed-136/131" pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, - məlumatda deyilir.

 

Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu