Moskvanın "Vnukovo", "Şeremetyevo" və "Domodedovo" hava limanlarında azı 33 reys gecikib, daha dörd reys ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qısa müddət sonra gecikən və ləğv edilən uçuşların sayı 40-ı ötüb.
Reyslərin gecikməsinin və ləğv edilməsinin səbəbləri məlum deyil.
Qeyd edək ki, avqustun 30-na keçən gecə Moskvanın üç hava limanında hava məkanının müvəqqəti bağlanması səbəbindən bir neçə reys təxirə salınıb. Daha sonra gecikmələri pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilib.