Modern.az

Quranın yandırılması İsveç polisinə 23 min dollara başa gəlib

Quranın yandırılması İsveç polisinə 23 min dollara başa gəlib

Dünya

1 Sentyabr 2023, 21:12

İsveçdə Quranın yandırılması ilə bağlı aksiyalar polisə təxminən 23 min dollara başa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sveriges Radio" kanalı Stokholm polisinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, yanvarın 1-dən avqustun 29-dək polis 13 aksiyaya icazə verib.

 

Qeyd edək ki, iyunun 28-də Stokholm polisi şəhərdəki məscidin yaxınlığında Quranım yandırılması ilə müşayiət olunan nümayişə icazə verib.

 

İsveçin baş naziri Ulf Kristerson müvafiq qərarın qanuni, lakin əhəmiyyətsiz olduğunu bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu