Modern.az

Bayden Konqresdən 5 milyard dollar istəyir

Bayden Konqresdən 5 milyard dollar istəyir

Dünya

1 Sentyabr 2023, 22:03

ABŞ Prezidenti Co Bayden ölkədə bu yaxınlarda baş vermiş təbii fəlakətlərin vurduğu zərərin ödənilməsinə daha 4 milyard dolların ayrılması xahişi ilə Konqresə müraciət edib.

 

Modern.az xəbər verir ki, Bayden dəfələrlə bildirib ki, son həftələr meşə yanğınları və daşqınlardan zərər çəkənlər bərpa işləri üçün lazım olan qədər federal yardım alacaqlar.

 

Müraciətdə qeyd olunan məbləğ administrasiyanın daha öncədən bu ay bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi çərçivəsində tələb etdiyi 12 milyard dollara əlavədir.

 

ABŞ ölkənin müxtəlif yerlərində, Havayda meşə yanğınları, “İdalia” qasırğası və Vermont ştatında daşqınlar da daxil olmaqla, qeydə alınan təbii fəlakətlərlə üzləşib.

 

Co Bayden həmçinin vəd edib ki, “İdalia” qasırğasının güclü ziyan vurduğu Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarına yardım ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu