Modern.az

Putin Ərdoğana film göstərdi

Putin Ərdoğana film göstərdi

Dünya

4 Sentyabr 2023, 20:18

Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə ona TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi karyerasından bəhs edən sənədli filmini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Qusman “Hakimiyyət formulu” silsiləsinə aid olan növbəti filmini iyunda nümayiş etdirib.

 

Təxminən 25 dəqiqə davam edən filmə Qusmanla Ərdoğanın dörd müsahibəsindən fraqmentlər daxil edilib (birinci müsahibə 2005-ci ildə, Ərdoğan Türkiyənin Baş naziri olarkən alınıb).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu