Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.
O, səfər zamanı Donetsk əməliyyat-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən briqadalarla görüşüb.
Zelenski və hərbçilər idarəçilik funksiyalarını öz üzərinə götürəcək və komandirlərin döyüş işləri üçün vaxtını azad edəcək briqadalar üçün köməkçi dəstək sisteminin yaradılmasını müzakirə ediblər.