Modern.az

2 saat ərzində 61 min ildırım - 12 nəfər ölüb

2 saat ərzində 61 min ildırım - 12 nəfər ölüb

Dünya

5 Sentyabr 2023, 00:51

Hindistanın Odişa vilayətində 2 saat ərzində 61 min ildırım düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat hökumət rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, ştatda tufan qopub, leysan yağışlar yağıb.

 

Məlumata görə, ən azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. 8 iribuynuzlu mal-qara da ildırım vurması nəticəsində tələf olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!