Modern.az

Gürcü prezidentə qarşı impiçment başlandı

Gürcü prezidentə qarşı impiçment başlandı

Dünya

5 Sentyabr 2023, 09:20

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkənin hazırkı prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, impiçment proseduruna bazar ertəsi parlament çoxluğunun iclasında başlanılıb. Buna səbəb Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərləri olub.

“Biz impiçment prosesinə başlamaq qərarına gəldik. 50 deputatın imzası ilə sənəd hazırlanacaq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, imzalar toplandıqdan sonra deputatlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Bundan sonra məhkəməyə qanuni qərardad hazırlayıb parlamentə təqdim etmək üçün bir ay vaxt veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu