Modern.az

Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi

Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi

Dünya

5 Sentyabr 2023, 19:17

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası Rusiyada arzuolunmaz elan olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

 

Təşkilat barədə qərarın verilməsinin səbəblərindən biri Ukraynaya kömək üçün pul toplaması olub.

 

Qeyd edək ki, Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası 150-dən çox ölkədən 740 nəqliyyat həmkarlar ittifaqını özündə birləşdirir.

 

Təşkilatın baş ofisi Londonda yerləşir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...