Modern.az

Azərbaycanın ərazi bütövlüyünü tanıyıram - Simonyan

Azərbaycanın ərazi bütövlüyünü tanıyıram - Simonyan

Dünya

5 Sentyabr 2023, 21:16

Ermənistan parlamentinin sədri Alen Simonyan Şenqavitdə təbliğat kampaniyası zamanı insidentlə üzləşib.

 

Modern.az xəbər verir ki, bu barədə "168.am" nəşri yazıb.

 

Bildirilir ki, kampaniya zamanı sakinlərdən biri yuxarı mərtəbədən Simonyanın başına su töküb. Hadisədən sonra o, ərazidən uzaqlaşıb.

 

Bu zaman Simonyan erməni jurnalistin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımaması sualınını cavablandırıb.

 

“Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”, - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu