Modern.az

Britaniya tankı vuruldu - 30 ildə ilk dəfə

Britaniya tankı vuruldu - 30 ildə ilk dəfə

Dünya

5 Sentyabr 2023, 21:49

Sosial şəbəkələrdə Britaniyanın “Challenger 2” tankının məhv edilməsi barədə görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb.

 

Nəşr qeyd edir ki, bu tank xidmətdə olduğu 30 ilə yaxın müddətdə ilk dəfə döyüş şəraitində məhv edilib.

 

Məlumata görə, tank Zaporojye istiqamətində Rabotino kəndi yaxınlığında vurulub.

 

Qeyd edək ki, "Challenger 2" 1994-cü ildən Britaniya xidmətindədir. Britaniya ordusunun saytında tankın "düşmən tərəfindən heç vaxt məğlub edilmədiyi” bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu