Modern.az

Fransa Culian Assanca YOX dedi

Fransa Culian Assanca YOX dedi

Dünya

6 Sentyabr 2023, 00:45

Məhkəmə "WikiLeaks"in qurucusu Culian Assancın 2019-cu ildən bəri saxlandığı Britaniya həbsxanasından Fransaya siyasi sığınacaq üçün müraciət etməsinə icazə verilməsi tələbini rədd edib.

 

Modern.az xəbər verir ki bu barədə AFP agentliyi Fransanın Creteil kommunası məhkəməsinin qərarına istinadən məlumat yayıb.

 

Məhkəmə siyasi sığınacaq üçün müraciət etmək üçün Culian Assanc Fransada və ya Avropa İttifaqı ölkələrindən birində olması lazım olduğunu bildirib.

 

Qeyd edək ki, 2012-ci ilin iyun ayından Culian Assanc Ekvadorun Londondakı səfirliyinin ərazisində yaşayırdı. 2019-cu ilin aprelində Ekvador diplomatik sığınacağı ləğv etdi. Bundan sonra "WikiLeaks"in yaradıcısı Britaniya polisi tərəfindən saxlanılıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu