Modern.az

COVID-19-un Eris variantı... - Köhnə günlərə qayıtmayacağıq

COVID-19-un Eris variantı... - Köhnə günlərə qayıtmayacağıq

Dünya

6 Sentyabr 2023, 12:22

Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusun yeni yayılmış Eris variantından danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Erislə bağlı bədbin proqnozlar verməyib.

 

O, vəziyyətin stabil olduğunu vurğulayıb.

 

"Köhnə günlərə qayıtmayacağıq. Bundan söhbət belə gedə bilməz", - deyə Koca ictimaiyyəti sakitləşdirib.

 

Qeyd edək ki, Erisə daha çox Qərbi Avropa və Şimali Amerikada rast gəlinir.

Koronavirusun yeni variantından qorxmalıyıqmı... - Gerçəklik və şayiələr
Bu xəbər ilə bağlı
Koronavirusun yeni variantından qorxmalıyıqmı... - Gerçəklik və şayiələr
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır