Modern.az

İsraildə ali məktəblər BAĞLANDI

İsraildə ali məktəblər BAĞLANDI

Dünya

12 Oktyabr 2023, 13:19

İsrail ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin başlanması noyabrın 5-dək təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

 

Bildirilib ki, Universitet Rəhbərləri Şurası bu qərarı təsdiqləyib və gün ərzində rəsmi elan yayımlanacaq.

 

Qeyd edək ki, İsraildə payız semestrinin oktyabrın 15-də başlaması nəzərdə tutulurdu və HƏMAS-İsrail müharibəsinin başlamasından dərhal sonra verilən qərarla tədris oktyabrın 22-nə qədər təxirə salınmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!