Modern.az

İsrail HƏMAS-ın daha 750 obyektini məhv etdi

İsrail HƏMAS-ın daha 750 obyektini məhv etdi

Dünya

13 Oktyabr 2023, 09:24

İsrailin Müdafiə Ordusunun qırıcıları oktyabrın 13-də gecə saatlarında HƏMAS qruplaşmasının yeraltı tunellər, hərbi birləşmələr və postlar, hərbi komandanlıq mərkəzləri kimi istifadə edilən iqamətgahlar, silah anbarları, rabitə otaqları və hədəfə alınan yüksək vəzifəli şəxslər də daxil olmaqla 750 hərbi obyektinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

 

Bildirilib ki, İsrailin döyüş təyyarələri Qəzza zolağında HƏMAS-ın çoxsaylı hərbi obyektlərini, o cümlədən hərbi, silahlı hücumlar üçün istifadə etdiyi çoxmərtəbəli binada yerləşən 12 hərbi obyektini bombalayıb.

 

Məlumata əsasən, İsrail əsgərləri Qəzza şəhərindəki HƏMAS-ın hərbi komandanlıq mərkəzində minaatanlardan atəş açmaqda ixtisaslaşmış üç silahlını məhv edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!