Modern.az

Almanları ən çox qaçqınlar narahat edir - SORĞU

Almanları ən çox qaçqınlar narahat edir - SORĞU

Dünya

13 Oktyabr 2023, 09:56

Qaçqınlar mövzusu almanları ən çox narahat edən məsələdir.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu "Deutschlandtrend"in bu yaxınlarda keçirdiyi sorğunun nəticələri sübut edir.

 

Belə ki, Almaniya sakinlərinin 44%-i immiqrasiyanı siyasətçilərin ilk növbədə diqqət etməli olduğu ən vacib məsələ hesab edir. Sorğu göstərib ki, respondentlərin 18%-i xarici siyasət, 13%-i pensiya, 11%-i iqtisadiyyat, 10%-i inflyasiya və vergilərdən narahatdır.

 

Respondentlərin yalnız 1%-i ətraf mühitin mühafizəsi/iqlim dəyişikliyini ən aktual problem adlandırıb. Əmək haqqı (3%) və sosial ədalətsizlik (3%) məsələlərinə bir qədər çox diqqət yetirilib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!