"Qlobal çağırışlar fonunda Ermənistan müttəfiqlərini, o cümlədən Rusiyanı itirməməlidir".
Modern.az xəbər verir ki, bunu müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri, oliqarx Qaqik Tsarukyan “Joğovurd” nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, risklərin öhdəsindən gəlmək tərəfdaşlarla münasibətləri yaxşılaşdırmaq və gücləndirməkdən ibarətdir: "Bacarıqlı siyasətlə İrəvanın həm Moskva, həm də Qərblə yaxşı təmasları ola bilər".
"Rusiyada yaşayan böyük erməni icmasını nəzərdən qaçırmaq olmaz, Ermənistanın xarici siyasətində bu hal nəzərə alınmalıdır. Ermənistan dövlətçiliyinin möhkəmlənməsi daxili konsolidasiya olmadan mümkün deyil", - deyə partiya sədri bildirib.