Modern.az

Pentaqonun rəhbəri İsraildə

Pentaqonun rəhbəri İsraildə

Dünya

13 Oktyabr 2023, 11:43

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Onun İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantla görüşü nəzərdə tutulub. Bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə mətbuat konfransı zamanı söz vermişdi ki, Amerika var olduqca İsrail heç vaxt tək qalmayacaq.

 

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də, İsrail əraziləri silahlıların kütləvi atəşə tutulması ilə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu zorakılıq tətbiq etdiyinə görə HƏMAS yaraqlılarını məhv edəcəyinə söz verib.

 

Son məlumatlara görə, İsraildə 1.3 mindən çox, Fələstində isə 1.5 min nəfər həyatını itirib. Hər iki tərəfdən bir neçə min insan yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!