"Ukrayna lap əvvəldən MDB-də tam iştirak etmədi".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitindəki çıxışında deyib.
"Moldova öz kimliyini itirir, bu, ölkə hakimiyyətinin seçimidir və xalqdan başqa heç kim onları dayandıra bilməz. Qərbin ikinci dərəcəli sanksiyaları təhlükəsinə baxmayaraq, Rusiya Federasiyasının MDB-dəki tərəfdaşları ilə iqtisadi əlaqələri genişlənir. Rusiya iqtisadiyyatında vəziyyət sabitdir, ilin sonunda ÜDM artımı 3% olacaq. Rusiya bütün inkişaf planlarını, o cümlədən sosial planlarını həyata keçirir və heç nədən əl çəkmir. Biz əvvəllər xaricdən alınan məhsulun çox hissəsini artıq özü istehsal etməyə başlayırıq. Rusiya MDB tərəfdaşlarının bütün ərzaq ehtiyaclarını ödəyə bilər. Bu il taxıl ixracının ən azı 50-60 milyon ton olacağını gözləyirik", - o qeyd edib.
Putin MDB ölkələri arasında hesablaşmalarda milli valyutalardan istifadənin genişləndirilməsinə çağırıb.