Modern.az

Blinken Mahmud Abbasla görüşdü

Blinken Mahmud Abbasla görüşdü

Dünya

13 Oktyabr 2023, 13:12

ABŞ dövlət katibi Entoni Blinken İordaniyanın paytaxtı Ammanda Fələstin lideri Mahmud Abbasla görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Blinkenin HAMAS hücumu ilə əlaqədar İsrailə səfərindən sonra baş tutub.

 

Qeyd olunub ki, bu, hazırkı böhranın başlamasından sonra ABŞ və Fələstinin ali rəsmisi arasında ilk təkbətək görüşdür.

 

Mahmud Abbas İordan çayının qərb hissəsinə, HAMAS isə Qəzza zolağına nəzarət edir. Tərəflər arasında dərin siyasi fikir ayrılıqlarının olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!