Modern.az

Netanyahu Baydeni İsrailə çağırdı

Netanyahu Baydeni İsrailə çağırdı

Dünya

16 Oktyabr 2023, 07:10

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydeni İsrailə səfərə dəvət edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Netanyahunun köməkçisi bildirib.

 

Netanyahunun ofisi və Ağ Ev təfərrüatları öyrənir və dəvəti müsbət qiymətləndirir.

 

Lakin hələlik Vaşinqtondan bu məsələ ilə bağlı heç bir təsdiq gəlməyib.

 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

 

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!