Modern.az

Atəşkəs YOXDUR - Netanyahunun ofisi açıqladı (YENİLƏNİB)

Atəşkəs YOXDUR - Netanyahunun ofisi açıqladı (YENİLƏNİB)

Dünya

16 Oktyabr 2023, 10:56

Hazırda Qəzzada atəşkəs rejimi və ya hər hansı humanitar atəşkəs yoxdur.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən bildiriblər.

 

***

09:46

 

Qəzza zolağının cənub bölgələrində döyüşən tərəflərin razılığı ilə əcnəbilərin bölgəni tərk etmələri və humanitar yardımların Rəfah keçid məntəqəsindən keçərək zolağa daxil olması üçün 5 saatlıq atəşkəs tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

 

Atəşkəs rejimi yerli vaxtla saat 9:00-da qüvvəyə minir.

 

İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-dən Fələstin HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağında cavab hərbi əməliyyatı keçirir. Tərəflər müharibə vəziyyətindədir. İsrail anklavı blokadaya alıb və onun şimal hissəsindəki 1.1 milyon dinc sakinin cənuba təxliyəsini tələb edib. IDF quru əməliyyatlarına hazırlaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!