Rusiyanın xarici işlər naziri Sergey Lavrov Koreya Xalq Demokratik Respublikasına (KXDR - Şimali Koreya) səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, səfər 18-19 oktyabr tarixlərində baş tutacaq. Onun KXDR rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir.
Qeyd edək ki, hazırda Lavrov Çində səfərdədir.