Belçikanın paytaxtı Brüsseldə İsveç vətəndaşı olan iki nəfər güllələnərək öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Belçikanın "Het Laatste Nieuws" qəzeti məlumat yayıb.
Qəzet onların futbol tərəfdarı olma ehtimalının olduğunu bildirib. Bazar ertəsi axşam Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika İsveçi qəbul edir.
Polis sözçüsü Belçika paytaxtının mərkəzi yaxınlığında baş verən atışmada iki nəfərin öldüyünü təsdiqləyib, lakin əlavə məlumat verməkdən imtina edib.