Modern.az

Putin Qəzzadan və Ukraynadan DANIŞDI

Putin Qəzzadan və Ukraynadan DANIŞDI

Dünya

18 Oktyabr 2023, 14:04

Rusiya prezidenti Vladimir Putin Qəzzada xəstəxanaya hücumu dəhşətli hadisə və fəlakət adlandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Putin Qəzzada xəstəxana faciəsinin münaqişənin və ya danışıqların sona çatması üçün bir siqnal olacağına ümid etdiyini bildirib:

 

"Yaxın Şərq liderləri münaqişənin genişmiqyaslı müharibəyə çevrilərək davam etməsini və daha da ağırlaşmasını istəmirlər. Qəzza zolağı ilə Fələstinin qalan hissəsi arasında ziddiyyətlərin onların arasında düşmənçilik olduğunu göstərdiyinə inanmıram".

 

ATACMS-in Ukraynaya çatdırılmasını şərh edən Rusiya prezidenti düşünür ki, bu addım zərərlidir. 

 

"Əlavə təhlükə yaradır, lakin Rusiya Federasiyası bu cür hücumları dəf edə biləcək. ATACMS raketləri təmas xəttindəki vəziyyəti kökündən dəyişməyəcək. ATACMS raketlərinin tədarükü yalnız Ukraynanın əzabını uzadacaq", - o iddia edib.

 

Putin Ukraynaya ATACMS raketlərinin verilməsini "ABŞ-ın növbəti səhvi" adlandırıb: "Kiyev uzun müddətdir ki, Xerson istiqamətində hücum elan edib, lakin nəticə yoxdur, itkilər var. ABŞ uzaqmənzilli raketlər verməklə Ukraynadakı münaqişəyə daha da cəlb olunur".

 

Putin Rusiya Aerokosmik Qüvvələrinə təyyarələrlə Qara dəniz üzərində hava məkanında daimi patrul keçirməyə başlamağı tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!