Modern.az

ABŞ HƏMAS və SEPAH-a yeni sanksiyalar tətbiq edib

ABŞ HƏMAS və SEPAH-a yeni sanksiyalar tətbiq edib

Dünya

27 Oktyabr 2023, 16:10

ABŞ Maliyyə Nazirliyi HƏMAS və SEPAH-a, o cümlədən əlaqədar təşkilatların üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

 

Məhdudiyyətlərə HƏMAS-ın İrandakı nümayəndəsi, SEPAH-ın bir sıra üzvləri, həmçinin Qəzza zolağındakı təşkilatlar daxildir. ABŞ-ın məlumatına görə, onlar İran silahlarının HƏMAS və "İslami Cihad" qruplaşmalarına ötürülməsi üçün kanal rolunu oynayıblar.

 

Sanksiya siyahısına iordaniyalı Xalid Kaddumi də daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, o, uzun müddət HƏMAS-ın üzvü olub və hərəkatın İrandakı nümayəndəsi kimi fəaliyyət göstərir. İranlılar Əli Morşid Şirazi, Mustafa Məhəmməd Hani və Əli Əhməd Feyzullahiyə də sanksiya tətbiq edilib.

 

Onlar SEPAH-ın üzvləridir və HƏMAS-a, "İslami Cihad" yaraqlılarına təlim verməklə, yardım göstərməklə məşğul olublar. Qəzza zolağında yerləşən “Əl-Ənsar” cəmiyyəti və onun direktoru Nasir əl-Şeyx Əli də məhdudiyyətlərə məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, təşkilat terrorçuları öz sıralarına cəlb edir.

 

Siyahıda bəzi Türkiyə vətəndaşları var. Həmçinin Sudanın bir sıra şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edilib.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə