Rusiya prezidenti Vladimir Putin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Prezident Mükafatı verib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.
Qərarın mətnində deyilir ki, prezident 2023-cü ildə Patriarx Kirillin “Rusiya millətinin birliyinin möhkəmləndirilməsində” töhfəsini qiymətləndirir.
Patriarxın Prezident Mükafatı ilə təltif edilməsi təklifi Prezident yanında Millətlərarası Münasibətlər Şurası tərəfindən irəli sürülüb.
Patriarx Kirill Rus Pravoslav Kilsəsinin 15 mükafatına, eləcə də digər kilsə təşkilatlarının 18 mükafatına malikdir. Bundan əlavə, patriarxın 16 dövlət mükafatı var. Onların arasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Aleksandr Nevski ordeni var.