Modern.az

Folklend məsələsinə qayıtmayacağıq - rəsmi London

Folklend məsələsinə qayıtmayacağıq - rəsmi London

Dünya

21 Noyabr 2023, 12:27

"London Folklend adalarının statusu məsələsinə qayıtmaq niyyətində deyil".

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniya baş naziri Rişi Sunakın ofisindən bildiriblər.

 

Açıqlama Argentinanın yeni seçilmiş prezidenti Xavyer Maylinin bəyanatlarını şərh kontekstində verilib.

 

Miley daha əvvəl adaların diplomatik yollarla qaytarılması üçün müxtəlif variantları nəzərdən keçirəcəyini bildirmişdi.

 

1982-ci ildə İngiltərə və Argentina Folklend adaları uğrunda müharibə aparıb, London qalib gəlib. 2013-cü ildə ada sakinləri referendumda Britaniyanın xaricdəki ərazisi statusunu saxlamaq üçün səs veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?