Modern.az

Putinin köməkçisindən İrəvana mesaj: GÖZLƏYİRİK!

Putinin köməkçisindən İrəvana mesaj: GÖZLƏYİRİK!

Dünya

23 Noyabr 2023, 17:12

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistana mesaj göndərib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Uşakov bu barədə KTMT toplantısında danışıb.

 

"Biz gözləyirik ki, Paşinyan MDB və Aİİ görüşləri üçün Sankt-Peterburqa gələcək, xüsusən də İttifaqda sədrlik Ermənistana keçdiyi üçün bunu gözləyirik", - deyə o qeyd edib.

 

Oxşar fikirləri eyni tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenko da səsləndirmişdi.

 

Xatırladaq ki, Ermənistan tərəfi son vaxtlar ardıcıl olaraq KTMT, Aİİ və MDB-nin toplantılarında iştirakdan imtina edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək