"Ümid edirik ki, Ermənistan xarici siyasətinin vektorlarını dəyişməyəcək".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Ermənistanın bizim müttəfiqimiz və strateji tərəfdaşımız olaraq qalacağına ümid edirik. KTMT Ermənistanın təşkilatın işində iştirakını davam etdirməkdə maraqlıdır", - sözçü bildirib.
Qeyd edək ki, bu gün KTMT-nin Minsk sammitində oxşar fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov da səsləndiriblər.