Modern.az

Məktəblilərə bıçaqla hücum edildi - Yaralılar var

Məktəblilərə bıçaqla hücum edildi - Yaralılar var

Dünya

24 Noyabr 2023, 00:51

İrlandiyanın paytaxtı Dublində azyaşlı uşaqların oxuduğu məktəbin yaxınlığında naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Irish Independent" nəşri yazıb.

 

Məlumata görə, üçü uşaq olmaqla beş nəfər yaralanıb . Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil.

 

Yaralılar arasında bir yetkin kişi, bir yetkin qadın və üç azyaşlı uşaq var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Polisin verdiyi məlumata görə, beş yaşlı qız və bir qadın ağır yaralanıb. 

 

Hücumun baş verdiyi ərazi mühasirəyə alınıb və hadisə yerindən bıçaq götürülüb. Hadisənin şahidlərindən birinin sözlərinə görə, bir neçə nəfər müdaxilə edərək hücumçunu zərərsizləşdirib.

 

AFP-nin müxbiri xəbər verir ki, yüzlərlə insan Dublin küçələrinə çıxıb. Onlardan bəziləri polislə əlbəyaxa olub və polis maşınlarını yandırıblar.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək