Modern.az

Belarusda prezident seçkilərinin tarixi bəlli oldu

Belarusda prezident seçkilərinin tarixi bəlli oldu

Dünya

24 Noyabr 2023, 13:38

Belarusda prezident seçkilərinin keçiriləcəyi tarix bəlli olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

 

Məlumatı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko açıqlayıb. Belə ki, 20 iyul 2025-ci il tarixinədək Belarusda prezident seçkiləri keçiriləcək.

 

Qeyd edək ki, sonuncu prezident seçkilərinin rəsmi nəticələrinə görə, 1994-cü ildən ölkəyə başçılıq edən Aleksandr Lukaşenko yenidən prezident olub. Lakin bir sıra ölkələr və beynəlxalq təşkilatlar seçkinin nəticələrini tanımayıb. Onlar legitim prezident kimi digər namizəd - Svetlana Tixanovskayanı qəbul edirlər və nəticələrin saxtalaşdırıldığını bəyan edirlər. Hazırda Tixanovskaya Litvada mühacirət həyatı yaşayır. Ümumilikdə həmin seçkilər Belarusda kütləvi etirazlarla müşayiət olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək