Modern.az

KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi... - Paşinyan

KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi... - Paşinyan

Dünya

24 Noyabr 2023, 17:16

"Ermənistan hakimiyyətinin müşahidələri göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi Ermənistan Respublikası qarşısında öhdəliklərini yerinə yetirmək məqsədi daşımır".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

"Siyasi iradə var və lazım gələrsə, maraqlara uyğun qərar veriləcək. Dövlət maraqlarına əsaslanan oriyentasiya qəbul edəcəyik. Məlumatlarımız göstərir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan Respublikası qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir", - baş nazir əlavə edib.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-ni tam başa düşmək və mövqeyini KTMT üçün başadüşülən etmək üçün mümkün olan hər şeyi etmək istəyir.

Bu xəbər ilə bağlı
Paşinyan KTMT-dən danışdı: Səhv edə bilmərik
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək