Modern.az

Qəzzada ölənlərin sayı 17 mini keçib 

Qəzzada ölənlərin sayı 17 mini keçib 

Dünya

8 Dekabr 2023, 08:22

Qəzza zolağında İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə zamanı ölənlərin sayı 17 177 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qəzza zolağındakı hökumətin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Məlumata görə, toqquşmalar zamanı 46 mindən çox insan xəsarət alıb. Nazirlik qeyd edir ki, təkcə son 24 saat ərzində 350 nəfər həlak olub.

 

İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail rəsmiləri qurbanların sayının 1,4 min nəfər olduğunu bildirib.

 

Noyabrın 22-də tərəflər bir neçə dəfə uzadılan atəşkəs haqqında razılığa gəliblər. Dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!