Modern.az

Mindən çox terrorçu məhv edilib 

Mindən çox terrorçu məhv edilib 

Dünya

16 Dekabr 2023, 22:54

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 2023-cü ilin 11 ayında 1069 terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı məlumat verib.

 

Onun sözlərinə görə, zərərsizləşdirilənlərdən ümumilikdə 59-u yüksək səviyyəli terrorçu, 7-si qırmızı, 1-i mavi, 2-si yaşıl, 16-sı narıncı, 33-ü isə boz kateqoriyası üzrədir:

 

“Ölkəmizdə həyata keçirilməsi planlaşdırılan 145 terror aktının qarşısı alınıb. Terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş 189 əməliyyat zamanı 1133 şübhəli şəxs saxlanılıb. Onlardan 163-ü həbs edilib. 28 milyon lirədən çox pul ələ keçirilib”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!