Modern.az

İsrail Qəzzada 450 əsgərini itirib

İsrail Qəzzada 450 əsgərini itirib

Dünya

17 Dekabr 2023, 11:39

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.

 

Belə ki, son 24 saat ərzində iki israilli hərbçi - çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.

 

Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!