Modern.az

İsrail Qəzzada daha 4 hərbçisini İTİRDİ

İsrail Qəzzada daha 4 hərbçisini İTİRDİ

Dünya

18 Dekabr 2023, 09:40

İsrail Müdafiə Qüvvələrinin daha 4 hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

 

Bildirilib ki, HƏMAS-la döyüşlərdə İsrail Müdafiə Ordusunun 4 baş çavuşu həlak olub.

 

Vurğulanıb ki, İsrail ordusunun bununla da oktyabrın 27-dən bəri Qəzza zolağında apardığı döyüşlərdə itkilərinin sayı 126-ya çatıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində döyüşlərdə ölən İsrail həbçilərinin ümumi sayı isə 458-ə yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!