Modern.az

Yenidən Misir prezidenti seçildi

Yenidən Misir prezidenti seçildi

Dünya

18 Dekabr 2023, 16:56

Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib. Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi dekabrın 10-12-də keçirilən seçkilərdə qalib gələrək növbəti altı il müddətinə ölkəyə rəhbərlik edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Misir Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədəvi seçkilərin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

 

Tədbir Əl-Qahirə əl-İhbariyyə telekanalı tərəfindən canlı yayımlanıb.

 

Plebisitin nəticələrinə görə, Misirdə və ölkədən kənarda keçirilən səsvermədə iştirak edən seçicilərin 89,6 faizi Əbdül Fəttah əs-Sisiyə səs verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!