Modern.az

Blinkendən Ukraynaya DƏSTƏK 

Blinkendən Ukraynaya DƏSTƏK 

Dünya

18 Dekabr 2023, 21:21

İtaliyanın sədrlik etdiyi “Yeddilik qrupu” (G7) Yaxın Şərqdəki vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu sözləri Romada açılacaq İtaliya səfirlərinin konfransına videomüraciət göndərən ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib.

 

“Biz İtaliyanın G7-yə sədrliyi ilə beynəlxalq səviyyədə fayda gətirəcək konkret öhdəlikləri ehtiva edən bir gündəm üzərində işləyəcəyik... Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə davam edəcəyik”, - deyə o bildirib.

 

Blinken əlavə edib ki, G7 ölkələri “Ukraynanın hərbi, iqtisadi və demokratik baxımdan ayağa qalxması üçün lazım olan hər şeyə malik olması üçün” Kiyevi dəstəkləməyə davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?