Modern.az

Azərbaycanla razılaşdırılan üç prinsipə sadiqik - PAŞİNYAN

Azərbaycanla razılaşdırılan üç prinsipə sadiqik - PAŞİNYAN

Dünya

19 Dekabr 2023, 00:30

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılan üç prinsip əsasında sülh gündəliyinə sadiq olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Xarici İşlər Nazirliyində xarici diplomatlar üçün keçirilən Yeni il qəbulunda danışıb.

 

O vurğulayıb ki, Cənubi Qafqazda hələlik sülh bərqərar olmayıb.

 

“Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir”, - Paşinyan qeyd edib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır