Modern.az

Yeni prezident fövqəladə vəziyyət elan etdi

Yeni prezident fövqəladə vəziyyət elan etdi

Dünya

21 Dekabr 2023, 08:55

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley ölkəsinin iqtisadiyyat, səhiyyə və sosial sektorlarında fövqəladə vəziyyət elan edib.

 

Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, müvafiq fərman hökumət qəzetində dərc olunub.

 

Fövqəladə vəziyyətin 31 dekabr 2025-ci ilə qədər davam edəcəyi elan olunub.

 

Qeyd olunur ki, islahatlar paketi Argentina iqtisadiyyatının liberallaşdırılmasına xidmət edir.

 

“Fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliyi nəzərdə tutur. Fərman dərc edildiyi gündən qüvvəyə minir”, - dərc edilən mətndə qeyd olunur.

 

İslahatlar paketi Konqresə təqdim olunacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...