Modern.az

ABŞ və Britaniya yenidən husilərin hədəflərinə zərbələr endirdi

ABŞ və Britaniya yenidən husilərin hədəflərinə zərbələr endirdi

Dünya

1 Fevral 2024, 07:45

ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər "Ənsar Allah" hərəkatının hədəflərinə növbəti silsilə zərbələr endirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə husilərə məxsus "Al Masirah" televiziya kanalı bildirib.

 

Məlumata əsasən, hücuma Qırmızı dənizdə yerləşən Hudeyda liman şəhərinin Əl-Cabban bölgəsi məruz qalıb.

 

Hudeydada partlayış səsləri və Yəmənin sahilyanı ərazilərində Amerika təyyarələrinin fəaliyyətini Livanın “Əl Mayadeen” telekanalı da yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...